AZ
Apar CRM — analitik göstəricilər paneli
Müştəri:
Apar
Layihənin Tipi:
CRM + müştəri portalı (SaaS)
Sahə:
Logistika / yük daşımaları
Layihə haqqında

Layihənin icmalı

Yük daşıma (logistika) şirkəti üçün sifarişdən çatdırılmaya qədər bütün prosesi idarə edən platforma. Korporativ və fərdi müştərilər yük sifarişi yaradır (FTL/LTL, tonaj, yükləmə/boşaltma ünvanları), daxili komanda sifarişləri sürücü və nəqliyyat vasitəsi təyin edərək reyslərə bölüşdürür, sifariş statusu (yeni → icrada → tamamlanmış/gecikmiş/ləğv olunmuş) ilə izlənir. Platforma iki ayrı interfeysdən ibarətdir: daxili komanda üçün CRM paneli və müştərilərin öz sifarişlərini izləyə bildiyi fərdi kabinet.

Apar CRM — analitik göstəricilər paneli (sifariş statusları, sürücü və supervisor performansı)
Apar CRM — yük sifarişləri cədvəli (marşrut, tonaj, yükləmə tarixi)

CRM paneli — daxili komanda üçün

Analitik göstəricilər (sifariş statusları, trip xülasəsi, sürücü və supervisor performansı) ilə başlayan panel — sifarişlər, müştərilər (korporativ/fərdi), reyslər (dispetçerlik), sürücü və avtomobil qeydiyyatı üzrə tam idarəetmə təmin edir.

Müştəri portalı — özünəxidmət

Müştərilər telefon nömrəsi/şifrə və ya sifariş kodu ilə daxil olub öz sifarişlərinin sayını, ümumi yük miqdarını və hər sifarişin cari statusunu (marşrut, tonaj, tarix) real vaxtda izləyə bilir.

Apar CRM — reyslər (dispetçerlik) cədvəli, sürücü və avtomobil təyinatı ilə
Apar Müştəri Portalı — idarə paneli (sifariş sayı, yük miqdarı)

Heç bir uzunmüddətli öhdəlik yoxdur. Heç bir gizli şərt yoxdur. Sadəcə keyfiyyətli xidmət.

Xidmətlərimizdən yararlanmaq üçün bizimlə əlaqə saxlayın.

Xidmətlərimizə baxın