Hikvision qapı kameraları vasitəsilə avtobus flotunda sərnişin sayını avtomatik izləyən sistem. Django/DRF backend kameralardan gələn xam sayları qəbul edir, snapshot və fərq (delta) hesablayır, cihaz sıfırlanmalarını aşkarlayır. React admin paneli qaraj → marşrut → avtobus → cihaz iyerarxiyasını idarə etməyə, cihazların onlayn/poll statusunu izləməyə və gündəlik/həftəlik/aylıq/illik analitik hesabatlara baxmağa imkan verir. Rol-əsaslı giriş (dev, panel admini, avtobus sahibi, operator) hər istifadəçiyə fərqli ekranlar göstərir.


Qaraj, marşrut, avtobus və Hikvision cihazları ayrıca cədvəllərdə idarə olunur. Hər cihaz üçün IP/host, qapı nömrəsi və son/növbəti poll vaxtı göstərilir — texniki komanda kameraların vəziyyətini bir baxışda görür.
Canlı panel seçilmiş avtobusun anlıq doluluğunu göstərir. Analitik hesabat bölməsi qaraj/marşrut/avtobus və tarix filtrləri ilə gündəlik, həftəlik, aylıq və illik sərnişin qrafiklərini təqdim edir.

Xidmətlərimizdən yararlanmaq üçün bizimlə əlaqə saxlayın.
Xidmətlərimizə baxın