AZ
Şəhər Evləri CRM — sövdələşmələr lövhəsi (pipeline)
Müştəri:
Şəhər Evləri
Layihənin Tipi:
Daxili CRM və əməliyyat platforması
Sahə:
Daşınmaz əmlak
Layihə haqqında

Layihənin icmalı

Şəhər Evləri daşınmaz əmlak şirkəti üçün daxili CRM və əməliyyat platforması. Müştərilər və onların tələbləri, əmlak portfeli, tələb ilə elanın uyğunluğu, tapşırıq və baxışlar, sövdələşmə pipeline-ı və rəhbərlik hesabatları bir sistemdədir. Bir neçə filial üzrə işləyən komandanın girişi ofis şəbəkəsi və təsdiqlənmiş ofis kompüteri ilə məhdudlaşdırılır, rəhbər rollar isə iki faktorlu autentifikasiya ilə daxil olur.

Hesabatlar — müraciətlər, cavab faizi, pipeline və uğurlu sövdələşmələr
Əmlak portfeli — çoxmeyarlı axtarış və filtrlər

Müştərilər, əmlaklar və uyğunluq

Müştəri kartında telefon nömrəsi üzrə dublikat yoxlaması (istənilən yazılışla), razılıq, tələblər və məsul işçi var. Əmlak kartının sahələri əməliyyatdan və əmlak növündən asılıdır və şirkət onları özü idarə edir; eksklüziv elan, xidmət haqqı, bir neçə nömrəli əlaqədar şəxs, metadata-sı silinən şəkillər və xəritədə nöqtədən avtomatik təyin olunan ərazi var. Uyğunluq hər meyarı ayrıca qiymətləndirir. Agentlərin daxil etdiyi elanlar təsdiq növbəsindən keçir, sahədən gələn iradlar (qiymət dəyişib, satılıb) isə rəyçi tərəfindən elana tətbiq olunur.

Sövdələşmə pipeline-ı və gündəlik iş

Sövdələşmələr lövhəsində kartlar sürüşdürülür (klaviaturadan da), hər mərhələdə gözləmə günü və növbəti addım görünür. Mərhələ dəyişikliyi qeyd ilə tarixçəyə yazılır, növbəti addım isə tapşırıq kimi planlaşdırılır; uğurlu sövdələşmə yekun məbləği və elanın satılması ilə, itirilmiş sövdələşmə səbəbi ilə bağlanır. Müştəriyə göstərilən elanlar və onun reaksiyası saxlanır. Tapşırıqlar bu gün, gecikmiş və qarşıdakı kimi bölünür, baxışlarda hər əmlak üzrə müştərinin rəyi yazılır, gecikən tapşırıq üçün bildiriş gedir.

Hesabatlar, giriş nəzarəti və audit

Rəhbərlik üçün yeddi hesabat var: ümumi baxış, gündəlik iş, pipeline, agent fəaliyyəti, elan portfeli, tapşırıq intizamı və növbəti addımı olmayan müştərilər; hamısı Excel və CSV-yə ixrac olunur. Rol və icazələr idarəetmə panelindən dəyişdirilir. Filial işçiləri yalnız filialın şəbəkəsindən və təsdiqlənmiş ofis kompüterindən (WebAuthn) daxil olur, rəhbərlər üçün TOTP məcburidir. Bütün dəyişikliklər dəyişdirilə bilməyən audit jurnalına yazılır, silinən qeydlər zibil qutusundan bərpa olunur.

Sövdələşmə kartı — təkliflər, müştərinin reaksiyası və mərhələ tarixçəsi
Təsdiq növbəsi — agentlərin təklif etdiyi elanlar və iradlar

Heç bir uzunmüddətli öhdəlik yoxdur. Heç bir gizli şərt yoxdur. Sadəcə keyfiyyətli xidmət.

Xidmətlərimizdən yararlanmaq üçün bizimlə əlaqə saxlayın.

Xidmətlərimizə baxın